“Bütün uşaqlara Ədalət kimi ata arzulayıram“

30 İyun 2013 08:45 (UTC+04:00)
Dünən Rus Dram Teatrının direktoru, xalq artisti Brilliant Dadaşovanın həyat yoldaşı Ədalət Şükürovun ad günü olub.

Axşam.az-ın məlumatına görə, sənətçi həyat yoldaşını sosial şəbəkə vasitəsilə təbrik edib. Xalq artisti onun ünvanına təriflər yağdırıb:

"Bu gün (dünən) Ədalət müəllimin ad günüdür. Biz artıq 25 ildir ki, evliyik, o, çox zəhmətkeş insandır. İndiyədək o da, mən də öz ad günlərimizdə işləmişik, süfrə arxasına əyləşib ünvanımıza təriflər dinləməmişik. Ədalət müəllim, yeni yaşın mübarək olsun. Bu dünyada bütün uşaqlara Ədalət kimi atası, xanımlara isə onun kimi həyat yoldaşı olmasını arzulayıram".

AzNews.az