DİN gəncin itə işgəncə verməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirib

31 Mart 2022 15:37 (UTC+04:00)

Daxili İşlər Nazirliyi (DİN) gənc oğlanın itə işgəncə verməsi ilə bağlı yayılan videogörüntülərə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru polis baş leytenantı Nizam Həmidov "Report"un sorğusuna cavab olaraq bildirib ki, nazirlik görüntülərdən məlumatlıdır.

O deyib ki, polis əməkdaşları tərəfindən araşdırmalar aparılır.

Qeyd edək ki, gənc oğlanın itə işgəncə verməsi ilə bağlı videogörüntülər sosial şəbəkələrdə paylaşılıb. Paylaşımlarda hadisənin Sabirabad rayonunda baş verdiyi iddia edilir.