Azərbaycan - Sloveniya Biznes Alyansı yaradıldı

30 İyun 2013 09:28 (UTC+04:00)
Azərbaycan-Sloveniya Biznes Alyansı yaradılıb.

AzərTAc xəbər verir ki, bu barədə məlumat Azərbaycanın Sloveniyadakı səfirliyinin Twitter səhifəsində yerləşdirilib.

Alyansa 37 Sloveniya və 15 Azərbaycan şirkəti daxildir. Bu ilin avqustunda isə qurumun Bakıda nümayəndəliyi açılacaq.

AzNews.az