Azərbaycanda 50 milyon il əvvələ məxsus tapıntı aşkarlandı

30 İyun 2013 11:25 (UTC+04:00)
Mingəçevir sakini Tərlan Əliyev maraqlı bir tapıntı ilə çıxış edib. O təxminən 50 milyon il əvvələ aid ilbiz tapdığını bildirib.

1974-cü il təvəllüdlü Tərlan Əliyev həmişə qədimi nəyinsə axtarışında olub. O peşəcə suvaqçıdır. Boş vaxtlarında səyahətlə, təbiət qoynunda gəzərək qədim dövrlərə aid tapıntıların axtarışı ilə məşğul olmağı xoşlayır. Əsasən dağ və təpələrdə bu işlə məşğul olur.

Bu dəfə axtarışlarının birində o, bir kristal tapıb. Və hazırda elə güman edir ki, tapdığı ilbizdir, hansı ki, buz dövründə kristallaşıb. Həmin tapıntı kristal formasında ilbizə bənzəyir. Ancaq onun doğrudan nə olduğunu və qədim dövrlərə aid olub-olmadığını bilmək üçün Tərlan mütəxəssislərin köməyini gözləyir. Qeyd edək ki, ilbiz balıqqulağına oxşar bərk çanaq içərisində yaşayan yumşaq bədənli mollyuskdur. Onun müxtəlif növləri var.

Böyük Britaniyanın Nottingem universiteti buna bənzər bir tarixi tapıntı ilə qarşılaşmışdı. Alimlər ilbizlərin növünə uyğun olaraq məxsus olduqları ərazidə deyil, başqa bir yerdə tapılmasını normal sayırlar. Yəni həmin ərazidə yaşayan insanlar ilbizləri miqrasiya vaxtında özləri ilə daşıyıblar.

Tərlan inanır ki, onun tapdığı bu kristal adi kristal deyil. Qədimidir və Azərbaycanın tarixinin daha qədimlərə aid olmasında mühüm rol oynayacaq. Hazırda o, axtarışlarını davam etdirir.//milli.az//

AzNews.az