Sevgililər günüdür

30 İyun 2013 09:39 (UTC+04:00)
Bu gün Azərbaycanda 30 iyun Sevgililər Günü kimi qeyd olunur.

Ölkədə qeyd olunan bu günün tarixi 1990-cı il 20 yanvar faciəsi zamanı həlak olan İlham və onun yoxluğuna dözə bilməyərək özünə qəsd edən həyat yoldaşı Fərizənin toy günü ilə əlaqədardır. Bu, sevginin, sədaqətin, cəsarətin göstəricisi sayılır və bütün sevgililərə əbədi örnək ola biləcək İlham və Fərizənin toy günü- 30 iyun tarixi Azərbaycan sevgililər günü kimi qeyd olunur.

Bütün dünya cəmiyyətlərinin hər zaman təmiz sevgiyə ehtiyacı olub. Odur ki, ürək və ağılın birgə qərar verdiyi bu ülvi hissləri yaşamaqdan çəkinməyin. Sevgililər gününüz mübarək olsun. Hər zaman sevib -seviləsiniz.

AzNews.az