Magistraturaya ixtisas seçimi başa çatır

30 İyun 2013 10:30 (UTC+04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TDQK) tərəfindən 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistraturalarına keçirilən ixtisas seçimi bu gün başa çatır.

TQDK-dan verilən məlumata görə, internet vasitəsi ilə aparılan ixtisas seçimi bu gün başa çatır, əlavə məlumat veriləcək.

Qeyd edək ki, ixtisas seçimi iyunun 27-dən başlanıb. 2013-cü ildə magistratura səviyyəsinə qəbul 60 proqram üzrə aparılır və 6794 plan yeri ayrılıb.İmtahanda iştirak edən 11274 bakalavrdan 8996 nəfəri müsabiqə şərtini ödəyərək ixtisas seçiminə buraxılıb.

AzNews.az