Çində "omikron"ştammın yeni variantı aşkarlanıb

4 Aprel 2022 10:04 (UTC+04:00)

Çində koronavirusun "omikron"-ştammının yeni alt variantı aşkarlanıb.

Aznews.az xəbər verir ki, bu barədə "Global Times" qəzeti xəbər yayıb.

Məlumata əsasən, martın 28-də Çinin şərqində, Tzyansu əyalətində BA 1.1 alt variantı aşkar edilib.

Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərindən bildirilib ki, yeni variant barədə daha çox öyrənmək və araşdırma aparmaq üçün vaxt lazımdır.