İsrail şirkətlərinin Qarabağın bərpasında iştirakı müzakirə edilib - FOTO

5 Aprel 2022 20:07 (UTC+04:00)

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İsrailin turizm naziri, Azərbaycan-İsrail Birgə komissiyasının həmsədri Yoel Razvozov Bakıda keçirilən Azərbaycan-İsrail Ticarət Palatasının iclasında iştirak ediblər.
Aznews.az xəbər verir ki, nazir M. Cabbarov bu barədə “Twitter“ hesabında yazıb.
O qeyd edib ki, iclasda iki ölkə arasında qarşılıqlı sərmayə qoyuluşlarının artırılması, İKT və kibertəhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi, İsrail şirkətlərinin işğaldan azad edilmiş ərazilərin bərpasında iştirakı barədə səmərəli müzakirələr aparılıb.