Türkiyədə yol qəzasında 2 əsgər ölüb

9 Aprel 2022 20:38 (UTC+04:00)

Türkiyənin Adana vilayətində ağır yol qəzası baş verib.

Aznews.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, mülki maşınla hərbi avtomobilin toqquşması nəticəsində 2 hərbçi həyatını itirib, biri ağır olmaqla 3 əsgər yaralanıb.