Türkiyə xüsusi təyinatlıları 6 terrorçunu zərərsizləşdirib

10 Aprel 2022 15:40 (UTC+04:00)

Türkiyə xüsusi təyinatlıları Suriya və İraqın şimalında 6 terrorçunu zərərsizləşdirib.

Aznews.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Barış Pinarı” əməliyyatı zonasında 3, “Zeytun budağı”nda isə 2 YPG terrorçusu məhv edilib.

Terrorçulara hücumların artilleriyadan edildiyi qeyd olunur.