28 yaşlı şəxs bıçaqlandı - Qubada

1 İyul 2013 07:47 (UTC+04:00)
İyunun 30-da axşam saatlarında Qubada bıçaqlanma faktı qeydə alınıb.

APA-nın şimal bürosunun məlumatına görə, Quba rayonu, Birinci Nügədi kənd sakini, 28 yaşlı kənd sakini Ağayev Fariz Mübariz oğlu kənddəki kafelərin birində bıçaqlanıb.

O, Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Qarın nahiyəsindən iki bıçaq zərbəsi alan F. Ağayev əməliyyat olunub. Xəstəxanadan verilən məlumata görə, onun vəziyyəti ağırdır.

Quba Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisəni törədən şəxsin tapılaraq istintaqa təhvil verilməsi üçün əməliyyat axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

AzNews.az