Bakıda gecəyarısı gərgin anlar

1 İyul 2013 08:10 (UTC+04:00)
İyulun 1-nə keçən gecə Bakı şəhərinin Xətai rayonunda yerləşən çoxmərtəbəli yaşayış binalarından birinin liftində 6 nəfər qalıb. AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, "112" qaynar telefon xəttinə onmərtəbəli yaşayış binasının liftində 6 nəfər köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 2-ci mərtəbədə dayanıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 1-ci mərtəbəyə endirib, qapılar açılıb və vətəndaşların liftdən çıxmasına şərait yaradılıb.

Əməliyyat saat 00:44-də başa çatıb.

AzNews.az