Zaur Qurbanlının şikayətinə baxılacaq

1 İyul 2013 08:01 (UTC+04:00)
İyulun 1-də saat saat 14:30 Bakı Apellyasiya Məhkəməsində həbsdə olan N!DA Vətəndaş Hərəkatının üzvü Zaur Qurbanlının məhkəməsi olacaq.

Bu barədə AzNews.az-a Z.Qurbanlının vəkili Xalid Bağırov məlumat verib. O bildirib ki, Bakı Apellyasiya Məhkəməsi Nəsimi rayon Məhkəməsinin Z.Qurbanlının həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı çıxardığı qərardan verilmiş apellyasiya şikayətinə baxacaq.

Xatırladaq ki, iyunun 24-də keçirilən prosesdə rayon Məhkəməsinin qərarı ilə Zaur Qurbanlı barəsində seçilmiş həbs qətimkan tədbiri üç ay müddətinə uzadılmışdı. Z.Qurbanlı aprelin 1-dən həbsdədir.

Qeyd edək ki, Z.Qurbanlı Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.

Anar
AzNews.az