“Fənərbağça“ azarkeşlərinin etiraz yürüşü

1 İyul 2013 08:35 (UTC+04:00)

"Fənərbağça" azarkeşləri UEFA-nın klub barədə çıxardığı qərarla razılaşmır. Onlar məlum qərarın ləğvini tələb etmək üçün küçələrə axışıb.
Küçəyə çıxan minlərlə fənərli azarkeş Mişel Platiniyə və Avropanın ali futbol qurumuna etiraz edib. "Qalatasaray" və "Beşiktaş" futbol klublarının tərəfdarları da "sarı-lacıvərdlilər"ə dəstək üçün yürüşə qatılıb.
Qeyd edək ki, şike qalmaqalları səbəbiylə "Fənərbağça" 2+1 illik cəza alaraq UEFA bayrağı altında keçirilən yarışlardan kənarlaşdırılıb.


Elvin CanTuran
AzNews.az