Putinin illik gəliri AÇIQLANDI

15 Aprel 2022 18:58 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putin 2021-ci ildə 10,2 milyon rubldan çox (125 min dollara yaxın) gəlir əldə edib.

Aznews.az xəbər verir ki, bu barədə Kremlin saytında yerləşdirilmiş gəlir bəyannaməsində deyilir.

Qeyd olunur ki, bu, 2020-ci illə müqayisədə 207,9 min rubl çoxdur.

Eyni zamanda, baş nazir Mixail Mişustin 18,3 milyon rubl (222 min dollardan çox) gəlir qazanıb. Bu, əvvəlki illə müqayisədə 1,5 milyon rubl azdır.