Aİ-nin Moskvadakı Nümayəndəliyinin 18 əməkdaşı arzuolunmaz şəxs elan edilib

15 Aprel 2022 20:42 (UTC+04:00)

Rusiya Avropa İttifaqının (Aİ) Moskvadakı Nümayəndəliyinin 18 əməkdaşını arzuolunmaz şəxs elan edib.

Aznews.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) açıqlama yayıb.