AZƏRTAC auditor seçir

16 Aprel 2022 11:30 (UTC+04:00)

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) 2021-ci il üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

Sorğuda iştirak haqqı 100 manatdır.

İddiaçılar təkliflərini mayın 2-si, 17:00-a qədər dövlət satınalmalarının vahid internet Portalı vasitəsi ilə təqdim edə bilərlər.

Sorğunun nəticəsi mayın 4-də, saat 15:00-da Portalda açıqlanacaq.