"Neftçi"nin qapıçısı: "Səhvlərimizin üzərində işləməliyik"

16 Aprel 2022 23:15 (UTC+04:00)

"Səhvlərimizin üzərində işləməliyik".

Aznews.az xəbər verir ki, bunu "Neftçi"nin qapıçısı İvan Brkiç "Sabah"a 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXIII tur oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.

27 yaşlı qolkiper vacib qələbə qazandıqlarını bildirib: "Çətin oyun oldu. Meydana 3 xal üçün çıxmışdıq. Buna nail olduğumuza görə çox sevinirəm. Növbəti oyunlar üçün bu matçdan nəticə çıxarmalı və səhvlərimiz üzərində işləməliyik".

Xorvatiyalı oyunçu Azərbaycana və "Neftçi"yə uyğunlaşdığını söyləyib: "Hər oyunçuya uyğunlaşmağa vaxt lazımdır. Özümü daha yaxşı tərəfdən göstərməyə və komandaya xeyir verməyə çalışıram".