Külünglə qətl törədən şəxs həbs edildi
1 İyul 2013 09:12 (UTC+04:00)
Beş gün öncə Bakıda külünglə bir nəfəri öldürən, digərini yaralayan şəxs tutulub.
Xətai Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, ötən gün 1992-ci il təvəllüdlü Şirvani Səid oğlu Əhmədov tutularaq istintaqa təhvil verilib.
Qeyd edək ki, Mingəçevir şəhər sakini, 1992-ci il təvəllüdlü Şirvani Səid oğlu Əhmədov şəxsi münasibətlər zəminində Nicat adlı şəxsə külünglə müxtəlif xəsarətlər yetirib. Nicat aldığı xəsarətlərdən xəstəxanada keçinib. Ş. Əhmədov bundan əlavə, Cəlilabad rayon sakini, 1980-ci il təvəllüdlü Samir Babayevə də külünglə xəsarət yetirib. S. Babayev xəsarətlə 3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
AzNews.az