Hacı Xanməmmədov - 95

1 İyul 2013 09:23 (UTC+04:00)
Görkəmli bəstəkar Hacı Xanməmmədovun 95 illik yubileyi keçiriləcək. Yubiley mərasimi Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.

İyulun 9-da gecədə İlahə Əfədiyeva, Bəyimxanım Vəliyeva, Səbinə Ərəbli, Mirələm Mirələmov, Kamilə Nəbiyeva, Zabitə Alıyeva, Günay İmamverdiyeva, estrada simfonik orkestrinin caz-vibrafon ifaçısı Allahyar Vəzirov çıxış edəcəklər. Bundan başqa xalq artisti Canəli Əkbərov və tarzən Ramiz Quliyevun mərhuma öz yubiley hədiyyəsi olacaq.

Bahar Rüstəmli
AzNews.az