Türkiyədə partlayış olub - Sakinlər təxliyə edilib

18 Aprel 2022 10:48 (UTC+04:00)

Türkiyənin İstanbul şəhərinin Bəyoğlu rayonunda partlayış baş verib.

Məlumatı “Haberturk” yayıb.

Qeyd olunub ki, partlayış yaşaytış binalarından birinin yeraltı kabellərində qeydə alınıb.

Bildirilib ki, partlayışla əlaqədar sakinlər təxliyə edilib.

Hadisənin səbəbi araşdırılır.