Etdiyi zarafata görə 8 il həbs...

1 İyul 2013 09:21 (UTC+04:00)
19 yaşlı Texas sakini Castin Karter "facebook"da etdiyi zarafata görə, 8 il müddətinə həbs edilə bilər.

"İnterfaks"ın verdiyi məlumata görə, zarafat son zamanlar "facebook"da məşhur olan "League of Legends" oyununa yazılan şərh ilə başlayıb. Dostu oyunun nəticələri yazılan hissədə "Sən şeytansan, Karter və dəlisən" şərhini yazıb. Bundan əsəbiləşən Karter " Hə mən dəliyəm, şeytanam. Gəlib sizin məktəbdə uşaqları güllələyərəm və onların ürəklərini çıxarıb yeyərəm, o zaman görərsiniz ki necə dəli imişəm" cavabını yazması hüquq-mühafizə orqanlarına kimi gedib çatıb.

Karterin şərhlərdə həddindən artıq qorxulu "zarafatlar" etməsi dostluğundakı qızlardan birinin diqqətini çəkib və o bu barədə polisə məlumat verib. Polisin yaydığı məlumatda bildirilir ki, bu zarafat terrora cəhd kimi başa düşüldüyündən Karter polis bölməsinə çağrılıb.

Məlumat üçün deyək ki, Karter fevral ayından saxlanılıb. Bu gün onun məhkəməsidir. Məlumata görə, Karter terrora cəhd şərhi ilə 7 il müddətinə azadlıqdan məhrum ola bilər.

Aynur Hüseynova
AzNews.az