Çelik: “Türkiyə özünümüdafiə hüququndan istifadə edir”

18 Aprel 2022 20:03 (UTC+04:00)

“Türkiyə özünümüdafiə hüququndan istifadə edərək “Pençe-Kilit” əməliyyatına başlayıb".

Aznews.az xəbər verir ki, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, Türkiyə arzu edir ki, terror təşkilatının yerləşdiyi qardaş dövlətlər onları oradan çıxarsın və əməliyyatlara ehtiyac olmasın.