Ordumuzun əsgərləri bir-birini bıçaqladı

1 İyul 2013 09:36 (UTC+04:00)
Azərbaycan Ordusunun əsgəri hərbçi yoldaşını bıçaqlayıb.

APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Şəmkir Hərbi Birləşməsinin "N" saylı hərbi hissəsində qeydə alınıb. Həmin hərbi hissənin əsgəri, 19 yaşlı İlkin Hüseynov əsgər yoldaşı, 19 yaşlı Qadir İsmayılovu bıçaqlayıb. Yaralı əsgər hospitala yerləşdirilib.

Qeyd edək ki, Q. İsmayılov Sumqayıt, İ. Hüseynov isə Göyçaydan həqiqi hərbi xidmətə çağırılıblar.

AzNews.az