Bakıda dönərxanada eşşək əti aşkarlandı

1 İyul 2013 09:51 (UTC+04:00)
Bakının Müşfiqabad qəsəbəsində dönərxanalara və iaşə obyektlərində əhaliyə satış məqsədli gətirilən at və eşşək əti aşkarlanıb. Aşkarlanmış ətin qara yara xəstəliyinə yoluxma ehtimalı da mövcuddur.

Bu barədə Modern.az saytına Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli məlumat verib. O, qeyd edib ki, bu gün paytaxtın Müşfiqabad qəsəbəsində bazara çıxarılması nəzərdə tutulan at və eşşək əti ayrı-ayrı dönərxanalara, iaşə obyektlərinə gətirilərkən saxlanılıb.

"Ətin kimlər tərəfindən paytaxta gətirilməsi hələ ki, məlum deyil. Həmin ətlərdən nümunələr götürüləcək laboratoriyada müayinə olunacaq. Daha sonra həmin ətin yandırılıb və ya heyvanat parkına verilməsi ilə bağlı qərar qəbul olunacaq".

AzNews.az