Rusiya ABŞ vitse-prezidentinə və Zukerberqə sanksiya tətbiq edib

21 Aprel 2022 19:51 (UTC+04:00)

Aznews.az-ınTASS-a istinadən verdiyi xəbərə görə, bundan əlavə, 61 Kanada vətəndaşına qarşı sanksiyalar tətbiq edilib.

Sanksiya tətbiq eidlənlər arasında “Meta”nın qurucusu Mark Zukerberqin və ABŞ-ın vitse-prezidenti Kamala Harrisin də adı var.

Bildirilib ki, yaxın günlərdə Rusiya XİN ABŞ hakimiyyətinin düşmənçilik davranışlarına cavab olaraq “stop” siyahısını artıracaq.