“Məlumdur ki, koronavirusdan qorunmanın ən etibarlı yolları gigiyenik qaydalara riayət olunması, maska taxılması idi. Əgər maskadan istifadə ləğv olunursa, bu o deməkdir ki, ümumən pandemiyanın riskli dövrü keçib. Belə olduğu halda pandemiyanın tələb etdiyi digər prosedurlar, qaydalar, eyni zamanda, “vaksin pasportu”nun da öz qüvvəsini itirmiş hesab etmək olar. Pamdemiya fəsadlarının riskləri minimuma endikcə maskadan istifadə və digər qadağalar, tələblər aradan qaldırılacaq”./Baku post