Xalq artistinin oğlunun maşını oğurlandı

1 İyul 2013 10:46 (UTC+04:00)
Azərbaycanın xalq artisti, tanınmış gülüş ustası Arif Quliyevin oğlu Rövşən Quliyevin avtomobili oğurlanıb. Bu barədə aktyorun özü ANS PRESS-ə məlumat verib.

Oğlumun "VAZ-21015" markalı 99 GB 811 dövlət nömrə nişanlı avtomobili oğurlanıb. Maşın evin yaxınlığından gecə saatlarında yoxa çıxıb. Oğlum maşını kreditlə almışdı", - deyə A.Quliyev bildirib.

Arif Quliyev oğurluq barədə Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinə müraciət etdiklərini bildirib: "Milisə demişik. Belədir də, nə gəlir, elə kasıbın başına gəlir".

AzNews.az