Latviya seçməsinin qapıçısı “Neftçi“də

1 İyul 2013 11:00 (UTC+04:00)
Paytaxt klubu daha bir futbolçunu heyətinə qatıb.

"Neftçi" PFK Latviya yığmasının qapıçısı Pavel Doroşevslə müqavilə imzalayıb. Təcrübəli futbolçu artıq komandanınn Avstriyadakı düşərgəsinə qoşulub və hazırlığa başlayıb. Klub rəsmi saytından yayılan xəbərə görə, onunla 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Pavel Doroşevsin sonuncu klubu "Metallurq" (Liepaya) olub. O, Latviya yığmasının da şərəfini qoruyur.

Elvin CanTuran
AzNews.az