İran Körfəzdə iki gəmini saxlayıb

24 Aprel 2022 22:30 (UTC+04:00)

İran Körfəzdə yanacaq qaçaqmalçılığına şübhəli bilinən xarici ölkələrə məxsus iki gəmini saxlayıb.

Aznews.az xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçilər Korpusunun (Sepah) Hərbi dəniz qüvvələrinin ikinci bölgə üzrə bölməsinin sözçüsü Qulamhüseyn Hüseyni deyib.

O bildirib ki, Körfəzin şimalında 200 min litr yanacaq daşıyan gəmi və gəminin 8 heyət üzvü saxlanılıb.

Gəminin hansı ölkəyə məxsus olduğu haqda məlumat verilməyib.

Daha bir gəmi isə 150 min litr yanacaqla saxlanılıb. Bu gəmi yanacağı qonşu ölkələrdən biri üçün daşıyırmış.