Dönərxanalara göndərilən at, eşşək əti necə tutuldu? - Təfərrüat

1 İyul 2013 11:07 (UTC+04:00)



Bakının Müşfiqabad qəsəbəsindəki Güzdək yaşayış massivində 600 kiloqram at və eşşək ətinin aşkarlanması ilə bağlı hadisənin təfərrüatları məlum olub.

At və eşşək ətinin həmin ünvanlarda olması barədə məlumat etibarlı mənbədən Dövlət Baytarlıq Xidmətinin rəisi Sialə Rüstəmovaya verilib. Daxil olan məlumat rəisin özünün və hüquq-mühafizə orqanlarını əməkdaşlarının iştirakı ilə yerində araşdırılaraq təsdiqlənib.

DBX-nin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli AzNews.az-a bu barədə məlumat verərək bildirib ki, hər iki ünvanda evin qapıları hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qırılaraq evlərə baxış keçirilib. Ətin aşkarlandığı həyətlərin sahibləri hadisə yerindən qaçdıqlarından onları tapmaq mümkün olmayıb. Ətin göndəriləcəyi ünvanlara gəlincə isə bu barədə paketlərdəki ətin üstündə qeydlər olub: "Paketlərin üzərində "Hacı, Mərdan, F-2, F-7 kimi gizli ünvanlar göstərilib. Hazırda hüquq mühafizə orqanları həmin şəxslərin kimliyini araşdıracaq".

Elnarə
AzNews.az