Bakıda anasını qətlə yetirən şəxslə bağlı qərar verildi

25 Aprel 2022 16:01 (UTC+04:00)

Nizami Rayon Məhkəməsində keçirilən prosesdə təqdimat təmin edilib.

Belə ki, A.C.-nin barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, hadisə aprelin 20-si saat 12 radələrində paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb.

Belə ki, 2007-ci il təvəllüdlü A.C qısqanclıq zəminində anası, 1985-ci il təvəllüdlü Ülviyyə İsmayılovanı bıçaqla qətlə yetirib.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

A.C. şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. (report)