Ermənistan müxalifəti İrəvanda mərkəzi meydanı bağlayıb

25 Aprel 2022 22:33 (UTC+04:00)

Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən müxalifət nümayəndələri İrəvanın mərkəzi nəqliyyat qovşaqlarından biri - Fransa meydanını bağlayıb.

Aznews.az xəbər verir ki, bu barədə “RİA Novosti“ məlumat yayıb.

Meydana bitişik küçələrdə nəqliyyatın hərəkəti iflic olub.

Aksiya yerinə çoxlu sayda polis qüvvələri, o cümlədən xüsusi təyinatlılar cəlb olunub.