“Müxalifətçi olduğuma görə məni boşadı”

1 İyul 2013 11:15 (UTC+04:00)
Məhəmməd Mursiyə görə ayrıldılar

Günlərdir Misirdə davam edən gərginlik nəyinki insanların ölümü və xəsarət alması, həmçinin ailələrin dağılması ilə nəticələnir.

Belə ki, dünən Misirdə bir qadın Məhəmməd Mursiyə görə, 12 illik həyat yoldaşından boşanıb. Boşanmaya səbəb artıq uzun müddətdir ölkədə davam edən qarşıdurma ilə əlaqədar ailə arasında yaşanan fikir ayrılığı olub. Qahirə sakini Nərminin sözlərinə görə, ailədəki gərginliyə dözə bilmədiyi üçün bu qərarı rahatlıqla verib.

"Düz bir ildir. Hər gün təhqir, hər gün dava. Mən müxalifəti, o isə hökuməti dəstəkləyirdi. Məni döyürdü, alçaldırdı. Daha bacara bilmirdim", - deyə o məhkəmədəki çıxışında bildirib.

Həyat yoldaşı Əhmədin sözlərinə görə, isə Nərmin heç vaxt onu dinləməyib, həmişə televizorda müxalifət liderləri danışanda televizorun səsini qaldıraraq, ona və ölkə başçısına hörmətsizlik edib.

Aynur Hüseynova
AzNews.az