Xorvatiya da Avropa Birliyinə üzv oldu

1 İyul 2013 11:17 (UTC+04:00)
Xorvatiya bu gündən etibarən Avropa Birliyinin tam hüquqlu üzvü olub.

APA-nın məlumatına görə, birliyin 28-ci üzvü olan Xorvatiyada bu münasibətlə təntənəli mərasimlər keçirilir. Bu ölkənin Avropa Birliyinə daxil olması barədə saziş 2011-ci ilin dekabrında imzalanıb. 2012-ci ilin yanvarında referendum keçirilib və Xorvatiya əhalisinin əksəriyyəti AB-yə üzvlük ideyasını dəstəkləyiblər. Bu gündən etibarən Xorvatiya AB strukturlarında tam hüquqla təmsil olunacaq, Avropa parlamentində 776 yerdən 12-ni xorvat millət vəkilləri tutacaqlar.

AzNews.az