Ukraynanın 16 mindən çox vətəndaşı itkindir

26 Aprel 2022 20:33 (UTC+04:00)

Ukraynanın 16 mindən çox vətəndaşı itkin düşüb.

Aznews “ukranews.com” saytına istinadən xəbər verir ki, bu barədə Ukraynanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Lyudmila Denisova bildirib.

Onun sözlərinə görə, Ukrayna vətəndaşlarının müraciətləri arasında ilk yerdə itkin düşmüş şəxslərin axtarışı məsələsi dayanır.

“Biz artıq 16 mindən çox insanı axtarırırq”, - Ombudsman vurğulayıb.