Deputatın qardaşı oğlunun məhkəməsində dəyişiklik

1 İyul 2013 11:43 (UTC+04:00)
"1001 gecə" restoranında millət vəkili Hüseynbala Mirələmovun qardaşı oğlu Rəşad Mirələmovun törətdiyi qətl hadisəsi ilə bağlı bu gün keçirilən məhkəmə prosesi təxirə salınıb. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesin təxirə salınmasına səbəb dövlət ittihamçısının dəyişməsi olub.
Bu barədə məlumatı AzNews.az-a R. Mirələmovun vəkili Kamandar Nəsibov verib. Vəkilin sözlərinə görə, əvvəlki dövlət ittihamçısı Eldar Həmzəyev məzuniyyətə çıxdığından onu Rail İsmayılov əvəz edib. Ancaq yeni dövlət ittihamçısı işlə tanış olmadıq üçün vaxt istədiyindən məhkəmə iyulun 9-dək təxirə salınıb.

Elnarə
AzNews.az