Silahlı Qüvvələrin Yardım Fonduna nə qədər vəsait yığılıb?

1 İyul 2013 11:56 (UTC+04:00)
Cari ilin birinci yarısında (yanvar-iyun ayları) Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna yığılan vəsaitin həcmi 6 milyon 929 min 971 manat artıb.

Bu barədə APA-ya Müdafiə Nazirliyindən bildirilib.

İyul ayının 1-i tarixinə Fondun Azərbaycan valyutası ilə hesabındakı vəsait 42 674 317 manat, ABŞ valyutası ilə hesabındakı vəsait 208791 ABŞ dolları, Avro hesabındakı vəsait 593 Avro olub. ABŞ valyutası ilə hesabdakı vəsait ilin əvvəli ilə müqayisədə cəmi 3 min dollar artıb. May ayında Fondun ABŞ valyutası və Avro hesabına vəsait daxil olmayıb.

Fondun hesablarındakı ümumi vəsait 54 811400 ABŞ dollarına çatıb.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.

AzNews.az