Dini təhsil almaq istəyənlərin nəzərinə

1 İyul 2013 12:04 (UTC+04:00)
Bakı İslam Universitetinə qəbul olmaq istəyənlər psixoloji komissiyadan keçəcəklər.

Bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir ki, "2013/2014-cü tədris ili üçün Bakı İslam Universitetinə qəbul olmaq istəyən abituriyentlər universitetdə fəaliyyətə başlayan Dini-Psixoloji Komissiyadan keçməlidirlər".

Komissiya 1-6 iyul 2013-cü il tarixlərində fəaliyyət göstərəcək.

(Əlaqə telefonları: +9940124928223; +994502258551)

AzNews.az