Hikmət Hacıyev Brüsselə gedir - TƏCİLİ

29 Aprel 2022 19:20 (UTC+04:00)

Brüsseldə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında görüş keçiriləcək.

Aznews.az xəbər verir ki, bu barədə Armen Qriqoryan “Azadlıq Radiosu”nun efirində bildirib.

“Azərbaycan və Ermənistanla bağlı məsələləri müzakirə edəcəyik. Əgər biz bütün suallara cavab tapa bilsək, o zaman ölkə liderlərinin Brüsseldə görüş imkanını müzakirə edə bilərik”, - Armen Qriqoryan qeyd edib.