Anar Kərimov Kino Agentliyinin perspektivlərindən danışıb

29 Aprel 2022 23:59 (UTC+04:00)

“Kino Agentliyi özəl sektorun bu sahəyə cəlb edilməsinə töhfə verəcək”.

Aznews.az xəbər verir ki, bu sözləri açıqlamasında mədəniyyət naziri Anar Kərimov bildirib.

Onun sözlərinə görə, agentlik kino sahəsinin inkişafında böyük rol oynayacaq və milli kinomuzun inkişafına böyük töhfə verəcək.

Anar Kərimov agentliyin bu sahədə çalışan insanların peşəkarlığının artırılmasına kömək edəcəyini bildirib.

“Bundan başqa beynəlxalq tərəfdaşlarla, qurumlarla əməkdaşlıq üçün mühüm rol oynayacaq. Kino Agentliyi tərəf müqabili olaraq digər xaricdə olan təşkilatlarla əməkdaşlıq qura, fondlardan dəstək ala biləcək. Bir sözlə üstünlükləri çoxdur. Bunların hamısı da keyfiyyətli kinolarımızın çəkilməsinə səbəb olacaq”,-deyə nazir bildirb.