Kəmaləddin Heydərov vətəndaşları qəbul edəcək

1 İyul 2013 12:29 (UTC+04:00)
Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov iyulun 8-də Xaçmaz şəhərində qəbul keçirəcək.

APA-nın şimal bürosunun xəbərinə görə, qəbul saat 11:00-dan nazirliyin Xaçmaz Regional Mərkəzinin inzibati binasında başlayacaq.

Qəbulda Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarının sakinləri və həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Qəbula gələnlərin qeydiyyatı iyulun 5-də saat 14.00-dan etibarən FHN-in Xaçmaz Regional Mərkəzinin inzibati binasında (ünvan: Xaçmaz şəhəri, Heydər Əliyev prospekti 66 a) başlayacaq.

Qəbulda yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacağı bildirilir.

AzNews.az