Ancelina Coli Ukraynada - VİDEO

30 Aprel 2022 17:21 (UTC+04:00)

Amerikalı aktrissa Ancelina Coli Ukraynanın Lvov şəhərində səfərdədir.

Aznews.az xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.

Bildirilib ki, Hollivud ulduzunun Ukraynaya səfərinin məqsədi humanitar yardımdır. A.Coli BMT-nin qaçqınlarla iş üzrə həmkarları ilə birlikdə ukraynalılara yardım təşkil edir.