Bakı-Antalya reysində həyəcan
1 İyul 2013 12:55 (UTC+04:00)
Bu gün saat 13.05-də Bakıdan Antalyaya uçan təyyarə havaya qalxandan sonra nasazlıq yaranıb.
Lent.az-ın məlumatına görə, təyyarə 1 saat havada dövr edəndən sonra yenidən hava limanına qayıdıb. Qapının normal bağlanmaması səbəbindən salonun hermetikliyi pozulub. Təyyarənin salonunda 25 nəfərə yaxın media təmsilçisi də olub.
Hazırda 200-ə qədər sərnişin təyyarədə hava limanında gözləyir.
AzNews.az