Ancelina Coli bomba sığınacağına qaçmalı olub

1 May 2022 13:33 (UTC+04:00)

Hollivudun məşhur aktrisası Ancelina Coli Lvovda səfərdədir.

Aznews.az xəbər verir ki, hava sireninin səsindən sona o, izdihamla birlikdə sığınmaq üçün qaçmağa məcbur olub. O, qatar stansiyasında olarkən raket zərbəsi təhlükəsi olduğu üçün şəhərdə həyəcan siqnalı verilib. Könüllülər dərhal Coliyə daha təhlükəsiz yerə getməyi təklif ediblər. Beləliklə, o, xeyli insanla birlikdə bomba sığınacağına qaçıb.