Ermənistan polisi Qarabağdan İrəvana gedən avtomobildən iki pulemyot aşkar edib

1 May 2022 14:56 (UTC+04:00)

Hüquq-mühafizə orqanları Qarabağdan İrəvana gedən avtomobildən iki pulemyot aşkar ediblər.

Aznews.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Hadisə mayın 1-də saat 06:40-da ölkənin Sünik rayonunun Sisian şəhəri yaxınlığındakı magistralda baş verib.

Avtomobildə olan 3 vətəndaşdan biri saxlanılıb. Hazırda faktla bağlı araşdırma aparılır.

Polis bir daha vətəndaşlara qanunsuz silah və sursat saxlamağa görə cinayət məsuliyyətinin olduğunu xatırladıb.