Həbsdəki N!DA-çının şikayəti rədd edildi

1 İyul 2013 13:38 (UTC+04:00)
Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan N!DA Vətəndaş Hərəkatının üzvü Zaur Qurbanlının məhkəməsi keçirilib.

Bu barədə AzNews.az-a Z.Qurbanlının vəkili Xalid Bağırov məlumat verib.

O bildirib ki, Bakı Apellyasiya Məhkəməsi Nəsimi rayon Məhkəməsinin Z.Qurbanlının həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı çıxardığı qərardan verilmiş apellyasiya şikayətini rədd edib.
Xatırladaq ki, iyunun 24-də keçirilən prosesdə rayon Məhkəməsinin qərarı ilə Zaur Qurbanlı barəsində seçilmiş həbs qətimkan tədbiri üç ay müddətinə uzadılmışdı. Z.Qurbanlı aprelin 1-dən həbsdədir.

Qeyd edək ki, Z.Qurbanlı Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.

AzNews.az