Hüseyn Abdullayev Vergilər Nazirliyini məhkəməyə verəcək

1 İyul 2013 14:00 (UTC+04:00)
Barəsində beynəlxalq axtarış elan olunan Hüseyn Abdullayevlə bağlı Vergilər Nazirliyinə göndərilən müraciətə hələ cavab alınmayıb. Bu barədə məlumatı AzNews.az-a H. Abdullayevin vəkili Kamandar Nəsibov verib.
Vəkilin sözlərinə görə, nazirliyə ilk müraciət iyunun 28-də göndərilib: "Bu gün növbəti dəfə müraciət edəcəyik. 2 gün ərzində cavab almadığımız təqdirdə Vergilər Nazirliyini müdafiə hüquqlarının pozulması ilə bağlı məhkəməyə verəcəyik. Çünki nazirlik vergi cinayəti ilə bağlı bizim sorğumuza cavab verməlidir. Müdafiə tərəfi olaraq işin istintaqını kimin aparması barədə, Hüseyn Abdullayevin hansı vergi cinayətində ittiham olunması barədə sorğumuz cavablandırılmalıdır".

Elnarə
AzNews.az