Göyçayda dəhşətli qəza - FOTO

1 İyul 2013 14:00 (UTC+04:00)
Bakı-Şamaxı Yevlax yolunda iki nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

AzNews.az-a daxil olan məlumata görə, qəza bu gün saat 13:00 radələrində magistral yolun 228-ci kilometrliyində qeydə alınıb. Göyçayın Mırtı kənd sakini 1992-ci il təvəllüdlü Qədirov Rakif Qalib oğlunun idarə etdiyi 99-EX-611 dövlət nömrə nişanlı "Hyundai Santafe" markalı minik maşını yüksək sürətlə hərəkətdə olarkən yoldan çıxaraq hasara çırpılıb.

Hadisə nəticəsində sürücü Rakif Qədirov və sərnişini 1992-ci il təvəllüdlü Bəhram Əhmədov dünyasını dəyişib, 1991-ci il təvəllüdlü Elman Əliyev isə ağır dərəcəli bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Məlumata görə Rakif Qədirov tələbə idi, ali məktəbi yenicə bitirən Bəhram Əhmədov isə sabah hərbi xidmətə yola düşəcəkdi. Elman Əliyev isə bir həftə öncə ailə həyatı qurub.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Ruhiyyə
AzNews.az