“Gün ərzində 4 saatdan çox xəbərlər, kliplər, filmlərə baxmaq, sosial şəbəkələrdə olmaq beynin vəziyyətinə çox mənfi təsir edir.
Qısa, lazımlı-lazımsız informasiyalarla dolu olan TikTok-da beyinə lazım olmayan informasiya çoxdur. Bu da onun tükənməsinə səbəb olur. Hüceyrələr bu qədər informasiya axını ilə yüklənməyə hesablanmayıb. Təsəvvür edin, 1 aylıq informasiyanı siz 3 sutkada beyinə ötürürsüz. Bu yorğunluq, tükənmə güclü idman məşqləri və yarışlarından sonra əzələlərin yorulmasına bərabərdir.
İllər sonra beyii normal fəaliyyətə bərpa etmək çətin olacaq.
Hər kəs TikTok-a baxma müddətini azaltmalıdır. Gündə 2 saatdan artıq sosial şəbəkələrdə olmamağa çalışın”./Bakupost.az